“Rosselxoznadzor” (Veterinar və fitosanitar nəzarət üzrə Federal xidmət orqanı) aprelin 11-də pomidor istehsalı ilə məşğul olan erməni müəssisələrinin fəaliyyətinin yoxlanılmasına başlayacaq.
Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Rusiya bazarına pomidorlar, əsasən, iki ixracatçı şirkət tərəfindən (“Spayka” MMC və “Qrinprodukt” MMC) tədarük edilir, onlar həm öz istehsal ərazisinə malikdirlər, həm də müxtəlif istehsalçılardan pomidor alınması ilə məşğul olurlar.
Son altı gündə bu şirkətlər Rusiyaya, demək olar ki, iki min ton pomidor gətiriblər.
İdarə qeyd edir ki, Rusiyada pomidorun həcminin artması və yüklənmənin intensivləşməsi, güman ki, Ermənistan tərəfindən Türkiyə mənşəli pomidorların yenidən alqı-satqısını sübut edir.
“Rosselxoznadzor” Ermənistandan Rusiyaya pomidor ixracı vəziyyətini aydınlaşdırmaq üçün erməni tərəfindən onlarda pomidor istehsalı, həmçinin 2018-ci ildə pomidorun əkilməsi və istehsal olunduğu yerlər haqqında məlumat verməsi barədə sorğu göndərib. (Oxu.az)