Fast food istehlakının statistikası gündən-günə artır, əksər insanlar fast food istehlakının ölümcül xəstəliklərlə birbaşa əlaqəsi olduğunu bilmirlər!

Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, bütün dünyada insanlar əvvəlkindən daha çox fast food istehlak edirlər. Mövcud olan məlumata görə, dünyada insanların təxminən 40%-i hər gün fast food yeyir. Bu, dünya insanlarının əksəriyyətində piylənməyə və artıq çəkiyə səbəb olub. Ən əsası isə fast food ilə birbaşa əlaqəli xroniki xəstəliklər var və bəziləri ölümcül belə olur. 

Tədqiqatlar göstərir ki, fast food və sərinləşdirici içkilərdə işlənmiş ət və əlavə edilmiş şəkər istehlakı xərçəng riskini artırır. İçkilər, şəkərli məhsullar, yağlar və sousların döş xərçəngi ilə birbaşa əlaqəsi var.

Doymuş yağ və işlənmiş qidalar, xüsusən də fast food ilə zəngin bir pəhriz ürək xəstəliyi riskini artırır. Mütəxəssislər hesab edirlər ki, doymuş yağların məhdudlaşdırılması hər kəs üçün zəruridir və bu yağın miqdarı gündə 13 qramdan çox olmamalıdır, çünki bu, diabet və piylənmə riskini artırır. Tərkibindəki natrium da təzyiqi yüksəldir.

Şəkərli içkilərin müntəzəm istifadəsi və ya fast food metabolik sindroma səbəb olur. Qan təzyiqi, qan şəkəri və trigliseridlərin yüksəldiyi, yaxşı və faydalı xolesterolun azaldığı, insanların bel ölçüsünün artmasına səbəb olan bir vəziyyət yaranır. 

Piylənmə, şəkərin yüksək istehlakı və işlənmiş qidaların istehlakı 2-ci tip diabet riskinə səbəb olur və bu halda orqanizm qan şəkərini yaxşı parçalaya və həzm edə bilmir. Həftədə 2 dəfədən çox fast food yeyirsinizsə, bu vəziyyət daha da pisləşəcək.

Fast food yüksək yağ, kalori və natrium səbəbiylə qan təzyiqinə mənfi təsir göstərir. Həddindən artıq fast food istehlakı yüksək qan təzyiqi riskini artırır və insanı infarkt və ya insult riski ilə üz-üzə qoya bilər. Nəticə etibarı ilə ondan çox istifadə etmək sizin üçün son dərəcə təhlükəlidir.