Səhərlər limonlu su içmək detoks təsiri ilə məşhurdur. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq Nadejda Kurnosova “Moskva 24” kanalına açıqlama verib. Onun sözlərinə görə, limonlu su C vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirə bilər. Lakin bu vərdiş hər kəs üçün uyğun deyil. Kurnosova xəbərdarlıq edir ki, limon turşusu mədə turşuluğu yüksək olan şəxslərdə qıcqırma və reflüksə səbəb ola bilər. Daimi istifadə həm də diş minasını zəiflədə bilər.

Həkim limonlu su içənlərə onu içdikdən sonra ağızı durulamağı tövsiyə edir. Bəzi araşdırmalara görə, limonlu su maddələr mübadiləsini bir qədər sürətləndirə bilər. Ancaq arıqlamaq üçün əsas amil yenə də balanslı qidalanma və fiziki fəaliyyətdir. Kurnosova bildirir ki, səhər su içmək faydalıdır, lakin limon əlavə etmək hər kəs üçün zəruri deyil. Limonlu suyun faydaları individual xüsusiyyətlərə görə dəyişir. Mütəxəssis tövsiyə edir ki, hər hansı yeni vərdişi başlamazdan əvvəl şəxsi vəziyyət nəzərə alınmalıdır.