
Bəzi qidalar tərkibindəki su və elektrolitlər sayəsində susuzluğu gecikdirir.
Foodinfo.az xəbər verir ki, su ilə zəngin meyvə və tərəvəzlər (xiyar, qarpız, yemiş, portağal, çiyələk) bədəni nəmləndirir və uzun müddət susuzluq hissini azaldır.
- Kefir və qatıq tərkibində həm su, həm də probiotiklər olduğu üçün susuzluğu gecikdirir.
- Düyü, bulqur və yulaf kimi kompleks karbohidratlar suyu özündə saxlayaraq orqanizmin nəm balansını qoruyur.
- Badam, qoz və kətan toxumu faydalı yağlarla zəngindir və bədəndə su itkisini azaldır.
- Hindqozu suyu və təbii mineral sular elektrolit balansını qoruyaraq susuzluğun qarşısını alır.
Duzlu və şəkərli qidalardan uzaq durmaq da susuzluğun qarşısını almağa kömək edir.