Artıq duz istehlakı ürək-damar xəstəlikləri, böyrək problemləri və katarakt riskini artırır. Foodinfo.az xəbər verir ki, onkoloq Vladimir İvaşkov Sports.kz-ə açıqlamasında duzun gündəlik menyuda çox olmasının əsas əlamətlərini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, davamlı susuzluq, səhərlər üz və göz qapaqlarında şişkinlik, eləcə də səbəbsiz 2–5 kiloqram arası çəki dəyişiklikləri artıq duz istehlakına işarə edə bilər.
İvaşkov tövsiyə edir ki, gündəlik qida vərdişləri təhlil edilsin. Çox duz hazır səhər və axşam yeməklərində, supermarketlərin kulinariya bölməsindən alınan qidalarda və dondurulmuş yarımfabrikatlarda olur. Həkim əlavə edib ki, duz artıq olduqda, hətta ölçülü corab və alt paltarların lastiği də dəridə iz buraxır, axşam saatlarında isə ayaqqabını geyinmək çətinləşir.






