Bayram süfrəsində bəzi qidalar həzm sistemi üçün daha böyük risk daşıyır. Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi, qastroenteroloq Vladimir Loginov “Çempionat”a açıqlamasında mədəyə ən ziyanlı məhsulların hansı olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk yerdə yağlı qidalar durur. Mayonezli salatlar, xaş və qızardılmış ət mədənin və öd, qaraciyər funksiyalarının yükünü artırır, həzm üçün çoxlu öd və ferment tələb edir. Bu, həm ağırlıq və şişkinliyə, həm də kəskin pankreatit riskinə səbəb ola bilər.

İkinci yerdə isə ədviyyatlı qidalar gəlir. Biberdəki kapsaisin mədənin selikli qişasını qıcıqlandıraraq turşuluğun artmasına səbəb olur. Qastrit və eroziya problemi olanlarda bu, kimyəvi yanıqlara, ağrıya və qıcqırmağa yol aça bilər.

Üçüncü yerdə isə turş qidalar – marinadlar, acqarına sitrus meyvələri və kələmdir. Turşular selikli qişaya birbaşa təsir edərək ümumi turşuluğu artırır və zəif mədə üçün təhlükəlidir.

Loginov qeyd edib ki, ən böyük risk bu qidaların kombinasiyasından yaranır, məsələn, yağlı salat, ədviyyatlı sous və yanında mandarin. Həkim tövsiyə edir ki, yeməklərdə bu tip məhsullardan ölçülü istifadə olunsun, əsas yeməklər isə buxarda bişmiş və ya sobada hazırlanmış olsun.