Sürətli qocalma insanın normaldan daha tez qocalma əlamətləri göstərməsidir. Təbii ki, qocalma prosesi orqanizmin zamanla qocalması ilə əlaqədardır və genetik faktorlar, ətraf mühit faktorları və həyat tərzi vərdişləri kimi müxtəlif amillərdən təsirlənir. Ancaq bəzi hallarda qocalma prosesi normadan daha sürətli inkişaf edə bilər. Bu amillərdən biri də nə yediyinizlə bağlıdır.

Foodinfo.az xəbər verir ki, sürətli qocalma qırışlar, dərinin sallanması, sümüklərin kövrəkləşməsi, əzələ itkisi, yaddaş itkisi, enerji çatışmazlığı, immun sisteminin zəifləməsi kimi qocalmanın daha qabarıq və erkən əlamətləri şəklində özünü göstərə bilər. Sürətli qocalma riskini aradan qaldırmaq üçün istehlak etməməli olduğunuz qidalar var.

Şəkərli işlənmiş qidalar: Tərkibində yüksək miqdarda şəkər olan qidalar sürətli qocalmanı təşviq edə bilər. Şəkər qlikasiya adlanan prosesə səbəb olur. Qlikasiya şəkərin zülallara bağlanması nəticəsində hüceyrələrin zədələnməsinə və qocalma əlamətlərinin görünməsinə səbəb olur.

Trans yağlar: Trans yağlar, maye bitki yağlarını hidrogenləşmə adlanan proses vasitəsilə bərk maddələrə çevirməklə əldə edilir. Bu növ yağ bir çox işlənmiş qidalarda, məsələn, kartof qızartması, fast food qidalar, dondurma və işlənmiş qəlyanaltılarda olur. Trans yağlar hüceyrələrin zədələnməsinə kömək edir və iltihabı artıraraq yaşlanmanı sürətləndirir.

Duz: Həddindən artıq duz istehlakı yüksək qan təzyiqinə, suyun tutulmasına və iltihaba səbəb olur. Bu amillər hüceyrələrin qocalmasını sürətləndirir.

Doymuş yağları yüksək olan qidalar: Çox miqdarda doymuş yağ olan qidalar ürək-damar xəstəlikləri riskini artırır və qocalmanı sürətləndirir.

Bu qida maddələrinə əlavə olaraq antioksidantlar, vitaminlər və minerallarla zəngin təzə meyvə və tərəvəzlərin içstehlakı qocalma prosesini ləngidə bilər. Antioksidantlar sərbəst radikallar adlanan zərərli molekulların yaratdığı oksidləşdirici stressi azaldaraq hüceyrələri qoruyur və qocalmanı gecikdirir.

Qaragilə: Yüksək səviyyədə antioksidant ehtiva edən qaragilə yaşlanma əlamətlərini azaldır və hüceyrə zədələnməsinin qarşısını alır.

İspanaq: İspanaq A, C və E vitaminləri kimi antioksidanlarla doludur. Antioksidantlar hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.

Brokoli: Brokoli antioksidantlarla zəngin bir tərəvəzdir və tərkibindəki birləşmələrin qocalma prosesini yavaşlatdığı düşünülür.

Yaşıl çay: Yaşıl çay polifenol adlanan antioksidantlarla zəngindir. Polifenollar sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruya və qocalmanı ləngidir.

Sitrus meyvələri: Portağal, naringi, qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngindir. Vitamin C antioksidan xüsusiyyətlərə malikdir və hüceyrələrə oksidləşdirici streslə mübarizə aparmağa kömək edir.

Somon: Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıq iltihabı azaldır və qocalmanı gecikdirir.

Avokado: Avokadoda E vitamini və glutatyon kimi antioksidanlar var. Bu birləşmələr hüceyrə zədələnməsinin qarşısını almağa və yaşlanma prosesini yavaşladır.

Bu qidalar qocalmanı yavaşladan müəyyən antioksidanları ehtiva edən nümunələrdir. Bununla belə, sağlam həyat tərzi üçün balanslaşdırılmış pəhriz və aktiv həyat tərzini qəbul etmək vacibdir.