Adətən sarımsağı yeməklərdə əzərək istifadə edirik. Bununla belə, mütəxəssislərin aşağıdakı açıqlaması sarımsağın əzilməsi ilə bağlı mənfi rəyin olduğunu ortaya qoydu. Sarımsağı sürtkəcdən keçirərək əzməkdən çəkinmək lazımdır. 

Foodinfo.az xəbər verir ki, mütəxəssislər araşdırmada qeyd ediblər ki, sarımsaq sürtkəcdən keçirildiyi zaman bütün dəyərini itirir. 

Bildirilib ki, sarımsağı sürtkəçdən keçirərək vitamin dəyərlərini itirmək əvəzinə, taxta qaşıq və ya taxta çəngəllə əzmək lazımdır. Kırıcılar metal olduğundan sarımsağın kimyəvi maddələrə daha çox məruz qalacağı iddia edilir. Sarımsağı üfüqi şəkildə əzin və istifadə edin.

Sarımsaq müalicəvi xüsusiyyətlərinə görə min illərdir bilinən və istifadə edilən bir bitkidir. Sarımsağın tərkibində 200-dən çox kimyəvi birləşmə var, onun əsasını efir yağları, fermentlər, vitamin-minerallar təşkil edir.

Xüsusilə, kükürd tərkibli birləşmələr sarımsağa kəskin qoxu verir, eyni zamanda sağlamlığa bir çox müsbət təsirlər gətirir:

  • Bakteriyaları, göbələkləri, parazitləri öldürür
  • İnsan orqanizmində qan təzyiqi, qan şəkəri və xolesterinin aşağı salır
  • Qaraciyəri qoruyur 
  • İmmuniteti gücləndirir
  • Tərkibindəki kükürd birləşməsinin xərçəngin inkişafının qarşısını almaqda və xərçəng hüceyrələrinin artan dövranını maneə törətməkdə təsirlidir