Dietoloq Daria Rusanova immunitet sisteminə faydalı qidalardan danışıb. Foodinfo.az xəbər verir ki, ekspert aif.ru saytına müsahibəsində qeyd edib ki, immunitetə ​​bağırsaq mikrobiotası birbaşa təsir edir. Mikrofloranın tərkibi nə qədər müxtəlifdirsə, xəstəliklərdən bir o qədər yaxşı qorunur.

Mütəxəssisin sözlərinə görə, immunitet sisteminə kömək etmək üçün pəhrizə probiyotiklər və sinbiotiklər olan qidaların əlavə edilməsi məqsədəuyğundur.

Rusanova qeyd edib ki, D vitamini və dəmir çatışmazlığı da immunitet sistemini zəiflədir.

Diyetoloq yağlı balıq, yumurta, pendir, qaraciyər, qırmızı ət və ispanaq yeməyi məsləhət görür.