İmsakda düzgün qidalanmağın bir çox faydaları vardır.

Foodinfo.az xəbər verir ki, “Qafqazinfo”da qeyd edilib ki, imsak zamanı həzmi asanlaşdıran qidalara üstünlük verilməlidir.

Həmçinin, tərkibində yüksək protein olan qidalar tükədilməlidir. Bu, gün ərzində enerji balansının tənzimlənməsinə yol açacaq.

Sahurda süd məhsullarının qəbul edilməsi olduqca vacibdir. Bu, tox qalmağa yol açmaqla yanaşı, həm də sağlam olmağa şərait yaradacaq.

İmsakda yağlı yeməklərə üstünlük verilməsi mədənin yüklənməsinə səbəb olacaqdır. Ona görə də tərkibində ağırlıq hissi yaratmayan qidalara üstünlük verilməlidir.