Bəzi məhsullar vardır ki, onların birlikdə istifadəsi orqanizmə olduqca böyük töhfə verir.

Foodinfo.az xəbər verir ki, Türkiyə KİV-də aparılan araşdırma iki məhsulun birgə istifadəsinin faydasını ortaya qoyub. 

Bu məhsullar zəncəfil və kəkik otudur. Bu "cütlük" əsasən immuniteti gücləndirir. Bundan əlavə həzm sistemində müsbət təsirləri müşahidə olunur.

Bundan əlavə çəki itirmək istəyənlər üçün də əvəzsiz sayılırlar. Belə ki, bir neçə gün davamlı istifadədən sonra belə belin incəldiyini görmək mümkün olacaq. 

Bu iki bitkinin çayı mütləq şəkildə birlikdə istifadə edilməlidir. Araşdırmalar davamlı istifadə nəticəsində bir həftə ərzində belin 2 ölçü incəldiyini ortaya qoyub.

Nurlan