Yaponiyalı həkim, cərrah, sağlam həyat tərzinə həsr olunmuş bir neçə bestsellerin müəllifi və məşhur hastroenteroloq Hiromi Şinya xəstəliklərin yaranma səbəblərini və insanı sürətlə qocaldan əsas amilləri izah edib.
Foodinfo.az oxucuları təcrübəli həkimin sağlam qidalanmanın əsas qaydaları və sağlamlığın bərpası üçün verdiyi tövsiyələrlə tanış edir.
Hiromi Şinyanın qırxillik uğurlu təcrübəsi və xüsusi düzgün qidalanma nəzəriyyəsi imkan verir ki, çəkini nəzarətdə saxlayaq. Onun düzgün qidalanma proqramı haqqında yazdığı "Sehrli enzim" və ya "Sağlam qidalanmanın zərəri haqqında" kitabları Kevin Klyayn, Stinq Dastin Hoffman, Yaponiya eks-naziri Nakasone, Nobel mükafatı laureatı Leon Esaki və bir çox digər xəstələrə sağalmağa kömək edib. O, iddia edir ki, həkimlik təcrübəsi ərzində heç bir xəstəsi ölməyib. Yaponiyalı həkimin sözlərinə görə, sağlam və gümrah olmaq üçün ilk növbədə zərərli vərdişlərdən qurtulmaq, habelə sağlam həyat tərzi haqqında ümumi tövsiyələrə yenidən baxmaq lazımdır.
Hiromi Şinyanın araşdırmalarına görə, insan heyvan mənşəli məhsullarla qidalanmağa nə qədər tez başlasa, bir o qədər tez ağrımağa başlayacaq. Doktor bildirib ki, xüsusilə südə diqqət yetirmək lazımdır. Çünki bu məhsulun tərkibində saxlanılan oksidləşmiş piylər bağırsaqda zərərli bakteriyaların sayını artırır və bununla da onun mikroflorasına zərər verir. Nəticədə yoğun bağırsaqda sərbəst radikallar, hidrogen sulfid və ammiak kimi elementlər yaranır. Dolayısıyla süd təkcə müxtəlif allergiya növləri deyil, həm də əsasən uşaqlarda rast gəlinən daha ciddi xəstəliklər (leykemiya, diabet) yaradır.
Sağlam qidalanmanın ümumi prinsipləri
- Yarmalar gündəlik qidanın təxminən 50%-ini təşkil etməlidir, meyvə və tərəvəz - 35-40%, 10-15%-ni isə ət.
- Yarmaları təmizlənməmiş yemək lazımdır.
- Temperaturu bədənin hərarətindən aşağı olan balıq ətdən daha faydalı və üstündür.
- Təzə və emaldan keçməyən məhsullar (imkan dairəsində təbii halda) faydalıdır.
- Süd və süd məhsullarının istehlakını maksimum məhdudlaşdırmaq lazımdır. Allergiyası olan və ya laktoza daşımayan insanlar ümumiyyətlə, bütün süd məhsullarından imtina etməlidir.
- Marqarin yağı və qızartma yeməkdən çəkinmək lazımdır.
- Yeməyi yavaş-yavaş çeynəyərək və kiçik porsiyalarla yeməyə çalışmaq lazımdır.
- Səhər acqarına 500-700 mml;
- Səhər yeməyinə bir saat qalmış 500 mml;
- Nahara bir saat qalmış 500 mml.