Tortun daha dadlı olması üçün düzgün krem seçmək, ən əsası isə onu düzgün hazırlamaq vacibdir. 

Foodunfo.az cəmi 2 inqredientdən çox rahat hazırlanan, istənilən tort üçün uyğun olan kremin reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

1. qatılaşdırılmış süd - 100 ml;

2. kərə yağı - 100 qr.

Hazırlanması:

 1. Kərə yağının əriməsi üçün onu otaq temperaturunda 20-30 dəqiqə saxlamaq lazımdır. Bundan sonra onu 3-4 dəqiqə mikserlə çırpın.

 2. Bundan sonra kərə yağına qatılaşdırılmış süd əlavə edin və daha 3-4 dəqiqə çırpın.

Qeyd: Krem, tort və xəmir hazırlayarkən yalnız yüksək keyfiyyətli kərə yağından istifadə etməlisiniz. Yağ nə qədər keyfiyyətsiz olsa, krem bir o qədər pis alınacaq.