Həqiqi şokoladın tərkibində ilk yerdə həmişə kakao olmalıdır. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, bu barədə konfet fabriki təsisçisi Georgi Xaçinyan NEWS.ru-ya müsahibəsində məlumat verib.
Mütəxəssis qeyd edib ki, ucuz və ikinci sort konfetlərdə ilk yerdə adətən şəkər göstərilir. Bu isə məhsulun tərkibinin zəif olduğunu göstərir.
Şokoladın tərkibində kakao miqdarı 50%-dən az olmamalıdır. Miqdar nə qədər yüksəkdirsə, şokoladın dadı bir o qədər zəngin və pikant olur.
Xaçinyan vurğulayıb ki, keyfiyyətli şokoladın tərkibində yalnız üç əsas komponent olmalıdır:
-
kakao paxlası,
-
kakao yağı,
-
şəkər.
Heç bir əlavə qatqı maddəsi, süni dadlandırıcı və ya aromatizator olmamalıdır. Bu sadə qayda məhsulun yüksək keyfiyyətini göstərir.






