Kişmişin faydaları arasında onun antioksidant təsirini ön plana çıxarmaq gərəkdir. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, kişmiş hüceyrə quruluşunun pozulmasının qarşısını alır. Bununla yaşlanmaya əngəl olur, həmçinin immuniteti gücləndirir. Kişmiş həmçinin gözlərimiz üçün faydalıdır. Belə ki, gündə bir ovuc kişmiş yemək sarı nöqtə adlandırılan göz xəstəliyinə tutulma riskini 36 faiz azaldır. 


Ekspertlər həmçinin qeyd edirlər ki, 100 qram kişmiş gündəlik dəmir ehtiyacımızın 12 faizini təmin edir. 

Fərid