Sümük bulyonu son dövrlər kollagen mənbəyi kimi geniş yayılıb. Uzun müddət qaynadılmış mal və ya toyuq sümüyü jelatin və kollagenlə zəngin olur. Foodinfo.az MK-ya istinadla xəbər verir ki, kollagen dərinin elastikliyini və oynaqların sağlamlığını dəstəkləyir. Həm də saç və dırnaqların möhkəmlənməsinə kömək edir.

Araşdırmalar sümük bulyonunun qida şəklində kollagen qəbuluna alternativ ola biləcəyini göstərir. Xüsusilə yaş artdıqca kollagen sintezi zəiflədiyi üçün belə qidalar vacibləşir. Bulyonda olan amin turşuları həm də həzmi asanlaşdırır. Eyni zamanda bağırsaq divarının möhkəmlənməsində rol oynayır.

Təbii şəkildə duzsuz və tərəvəzlə zəngin hazırlansa daha faydalı olur. Gündə 1 fincan bulyon istifadəsi kifayətdir. Hazır bulyonlar isə çox vaxt konservantlarla doludur. Ev şəraitində bişirilmiş bulyon daha sağlam seçimdir.