Əgər istəmirsə, uşağı yeməyə məcbur etmək olmaz. Eyni zamanda yeməkdən imtina etdiyinə görə onların cəzalandırılması lazım deyil. Yemək zamanı heç vaxt televizoru yandırmayın və yemək vaxtını yarım saat məhdudlaşdırmaq daha yaxşıdır.

Uşaqları yemək hazırlamağa təşviq edin, onda uşağınız öz “hazırladığı” yeməyi dadmaq istəyəcək. Bütün ailə üzvləri ilə süfrəyə toplaşmaq faydalıdır. Uşaq böyüklərin tərəvəz və ya sağlam qidaları necə yediyini görəcək və mütləq bunu təkrarlamaq istəyəcək

Uşaq gündə üç dəfə yeməyə uyğunlaşa bilmirsə, sadəcə cədvəli dəyişdirin. Məsələn, gündə üç deyil, dörd və ya beş dəfə, eyni vaxtda yeməyə vadar edin.

Leyla