Həkim Adelina Muryasova laktoza dözümsüzlüyünün səbəblərindən danışıb.

Foodinfo.az bildirir ki, “İzvestiya” qəzetinə müsahibəsində ekspert qeyd edib ki, laktoza dözümsüzlüyü orqanizmdə laktaza fermentinin istehsalı azaldıqda baş verir.

Mütəxəssisin sözlərinə görə, bu, adətən xəstəlik, stress və ya hormonal dəyişikliklərdən sonra baş verir.

Mütəxəssis əlavə edib ki, laktoza dözümsüzlüyü təsdiq edilərsə, süd məhsulları pəhrizdən xaric edilməlidir.