
Üzüm toxumu tozu güclü antioksidantlarla zəngindir və bir çox sağlamlıq faydasına malikdir.
Foodinfo.az xəbər verir ki, onun tərkibində proantosiyanidinlər və E vitamini kimi maddələr var ki, bunlar orqanizmi qoruyur və gücləndirir.
Əsas faydaları bunlardır:
1. Güclü antioksidant təsir göstərir – Hüceyrələri sərbəst radikallardan qoruyaraq qocalma prosesini ləngidir.
2. Ürək və damar sağlamlığını dəstəkləyir – Qan dövranını yaxşılaşdırır, damarları elastik saxlayır və yüksək təzyiqi tənzimləməyə kömək edir.
3. Xolesterini aşağı salır – Pis xolesterini (LDL) azaldır və ürək-damar xəstəliklərinin qarşısını alır.
4. İmmuniteti gücləndirir – Bədəni virus və bakteriyalara qarşı daha dayanıqlı edir.
4. Beyin funksiyalarını dəstəkləyir – Yaddaşı gücləndirir və Alzheymer riskini azaldır.
5. Dəri və saç sağlamlığına faydalıdır – Dərini parlaq saxlayır, saç tökülməsinin qarşısını alır.
6. Həzm sisteminə kömək edir – Bağırsaq fəaliyyətini yaxşılaşdırır və detoks təsiri göstərir.
Üzüm toxumu tozundan necə istifadə etmək olar?
- Su ilə qarışdırıb içə bilərsiniz.
- Smoothie və ya qatığın içinə əlavə etmək olar.
- Şorba və ya müxtəlif yeməklərə qataraq qəbul edə bilərsiniz.
Qan durulducu dərmanlar qəbul edənlər və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.