
Diyetoloq və sağlam qidalanma üzrə ekspert Tatyana Meşçeryakova bildirib ki, makaron sağlam pəhrizin vacib məhsuludur, lakin siz ondan yalnız düzgün qidalansanız fayda əldə edə bilərsiniz. Foodinfo.az Lenta.ru- ya istinadən xəbər verir ki, makaron seçərkən onun tərkibinə diqqət yetirməyi məsləhət görülür. Qatı buğda sortları çoxlu zülal və az miqdarda nişasta ehtiva edir, kalsium, kalium, maqnezium, sink, A və C vitaminləri və B qrupu ilə zəngindir. Dietoloq vurğulayıb ki, həftədə iki porsiyadan çox olmayan makaron istehlak etmək olar və artıq çəkidən qaçmaq üçün günün birinci yarısında yemək daha yaxşıdır.
Həkim yağlı ət yeməkləri və souslar ilə makaron yeməkdən çəkinməyi tövsiyə edib. Çünki bu, həzm sisteminə həddindən artıq yük yaradır və mədə ağrısına, qaz meydana gəlməsinin artmasına, ağırlıq və narahatlığa səbəb ola bilər.