
Ümumi praktikant və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan “Ən mühüm şey” verilişinin efirində şəkərli diabet haqqında mifləri təkzib edib. Foodinfo.az Hibiny.ru-ya istinadən xəbər verir ki, həkim şəkərin bal ilə əvəz edilməsinin 2-ci tip diabetin inkişaf riskini azalda biləcəyi ilə bağlı yayılmış yanlış təsəvvürü təkzib edib. O, bu xəstəliyin qarşısını almaq üçün sağlam qidalanma rejiminə riayət edilməsinin, sürətli karbohidratların istehlakının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb ki, bura təkcə şəkər və bal deyil, ağ çörək və ağ düyü də daxildir.
Həkim şəkərli diabet üçün şəkər əvəzedicilərindən istifadənin mümkün riskləri barədə də xəbərdarlıq edib. O qeyd edib ki, bu cür əlavələr ürək-damar və onkoloji xəstəliklərin inkişaf ehtimalını artıra bilər.