Mağazalardan hazır qidaların istehlakı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu cür məhsullar diabet, piylənmə və gut inkişafına səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Anton Polyakov deyib.
“Birincisi, bu, artıq çəki və ya piylənmədir. İkincisi, şəkərli diabet, çünki hazır yeməklərin əksəriyyətində çox miqdarda sürətli karbohidratlar var. Ofisdə işləyən və ya uzaqdan işləyən insanlar, bir qayda olaraq, az hərəkət edirlər. Onların bu karbohidratları yandırmağa vaxtları yoxdur”, - Anton Polyakov Reedus ilə söhbətində bildirib.
O qeyd edib ki, hazır qidalar öd daşı xəstəliyini də tetikleyebilir. Bu, öz növbəsində, sidik turşusu səviyyəsinin artmasına səbəb ola bilər və nəticədə gut təhlükəsi yaradır.