Avstraliyalı qida alimi Emma Bekket makaronun zərərli qida olması ilə bağlı iddiaları təkzib edib.

Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, alim qeyd edib ki, qida vasitəsilə orqanizmə daxil olan yağ, zülal və karbohidratlar “orqanizmdə parçalanaraq enerji əmələ gətirir”. İnsanlar gündəlik enerjinin təxminən 45-65 faizini karbohidratlardan, 20-35 faizini yağlardan və 10-30 faizini zülallardan almalıdır.

Makaron karbohidratla çox zəngingindir. Bir qab bişmiş makaron gündəlik tövsiyə olunan B1 və B9 vitamin qəbulunun təxminən dörddə birini, tövsiyə olunan selenium və seleniumun yarısını qarşılayır.

 Arıqlamaq üçün pəhriz saxlayan insanların çoxu, tərkibində yüksək karbohidrat olduğu üçün ümumiyyətlə makarondan qaçmağa üstünlük verirlər.

Lakin araşdırmalar göstərir ki, müntəzəm makaron istehlakını pəhrizinə daxil edən insanlar daha tez arıqlayırlar.

Şəbnəm