Mərcimək yüksək protein tərkibi ilə vegetarianlar üçün əvəzsiz qidadır. 100 qram bişmiş mərciməkdə təxminən 9 qram protein var. Eyni zamanda dəmir, fol turşusu və liflə zəngindir. Foodinfo.az xəbər verir ki, heyvani proteinə alternativ olaraq orqanizmi zülalla təmin edir. Bitki mənşəli protein olduğu üçün daha asan həzm olunur.

Qan şəkərini stabilləşdirən kompleks karbohidratlara sahibdir. Uzunmüddətli toxluq hissi verərək artıq yeməklərin qarşısını alır. Qırmızı, yaşıl və qəhvəyi növləri müxtəlif yeməklərdə istifadə edilə bilər. Tərkibindəki antioksidantlar hüceyrələri qoruyur. Mərcimək həmçinin ürək-damar sağlamlığına da müsbət təsir göstərir.

Həftədə 2-3 dəfə istifadəsi tövsiyə olunur. Sağlam, ucuz və doyumlu zülal mənbəyidir.