Qəhvə tərkibindəki antioksidantlarla dərini sərbəst radikallardan qoruya bilər. Lakin gündə 3 fincandan artıq qəbul edildikdə əks təsirlər yaranmağa başlayır.Foodinfo.az AİF-ə istinadla xəbər verir ki, kofein bədəndə su itkisinin artmasına səbəb ola bilər. Bu isə dərinin quruması və solğun görünməsi ilə nəticələnə bilər.

Həmçinin qəhvə bəzi insanlarda stress hormonlarını artırır. Kortizolun çoxluğu sızanaq riskini yüksəldə bilər. Gecə içilən qəhvə isə yuxusuzluğa səbəb olaraq dəri regenerasiyasını zəiflədir. Qəhvənin şəkər və südlə birlikdə içilməsi insulin səviyyəsini poza bilər.

Bu da dəridə yağlanma və iltihab riskini artırar. Amma təmiz, qara qəhvə az miqdarda içildikdə faydalıdır. Dəriyə xaricdən tətbiqi də faydalı sayılır. Ölçünü qorumaq əsas şərtdir.