Qara paxla yüksək lif və kalium tərkibi ilə qan təzyiqini tənzimləyə bilər. Kalium natriumun təsirini balanslaşdıraraq damarların rahatlamasını təmin edir. Foodinfo.az KP-yə istinadla xəbər verir ki, bu da təzyiqin düşməsinə yardım edir. Paxladakı liflər xolesterini salaraq ürək sağlamlığını qoruyur.

Qara paxla həmçinin maqneziumla zəngindir və damar elastikliyini artırır. Hipoqlisemik indeksi aşağı olduğu üçün qan şəkərini də stabilləşdirir. Arıqlamaq istəyənlər üçün də doyurucu və sağlam seçimdir. Qan dövranını yaxşılaşdıraraq infarkt və insult riskini azalda bilər.

Qaynayıb bişirilməsi asandır və salat, şorba kimi yeməklərdə istifadə olunur. Həftədə 2-3 dəfə istifadəsi tövsiyə olunur. Konservləşdirilmiş formada alınarkən duz miqdarına diqqət edilməlidir. Səssiz, amma güclü bir superqidadır.