Noxudun özü qədər onun bişmə suyunun da sağlamlıq üçün dəyərli olduğu məlum olub. Foodinfo.az xəbər verir ki, noxud suyunun tərkibindəki vitamin, mineral və bitki mənşəli proteinlər bir sıra prosesləri dəstəkləyir.

Xüsusilə B qrup vitaminləri, maqnezium, kalsium, dəmir və liflə zəngindir. Bu komponentlər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasının bərpasına kömək edir.

Noxud suyunun ən önəmli təsirlərindən biri hormon balansına və enerjiyə dəstək olmasıdır. Bitki mənşəli zülallar orqanizmdə toxluq hissini artırır və maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, tərkibindəki minerallar əzələlərin və sinir sisteminin normal fəaliyyətini təmin etməyə kömək edir.

Noxud suyunun dəri sağlamlığına da müsbət təsiri var. Antioksidant maddələr dərini sərbəst radikallardan qoruyur və iltihabı azaldır.

Bununla yanaşı, noxud suyunun qan şəkərinin tənzimlənməsində də yardımçı ola biləcəyi vurğulanır. Liflə zəngin olması qanda şəkərin birdən-birə yüksəlməsinin qarşısını alır.

Noxud suyunu məqbul miqdarda içmək, həmçinin şorba və yeməklərdə istifadə etmək olar. Bununla belə, qaz problemi yaşayan insanların miqdarı normada saxlaması tövsiyə olunur.