Ofisdə hər zaman tam nahar üçün kifayət qədər vaxt olmur. İş yerində aclığı tez bir zamanda aradan qaldırmaq üçün orqanizmi qida və enerji ilə təmin edən müxtəlif qidaları birləşdirin. Təbii ki, onlar dadlı olmalıdır ki, siz yeməkdən həzz alasınız. Bulka, peçenye və şokolad bunun üçün uyğun deyi.

Faydalılıq siyahısında küncütlü avokado öndədir. Sağlam yağların, liflərin və vitaminlərin əla mənbəyidir.

İkinci yerdə giləmeyvə və qoz-fındıq gəlir.

Xırtıldayan tərəvəz çipsləri üçüncü yerdədir. Ancaq onları mağazada almamalısınız, özünüz bişirsəniz daha yaxşıdır. Sadəcə şirin kartof, çuğundur, yerkökü və ya balqabaq kimi təzə tərəvəzləri dilimləyin. Onları bir çörək qabına qoyun, bir az zeytun yağı ilə yağlayın və xırtıldayana qədər bişirin. Hazır məhsul vitaminlər, minerallar, lif saxlayacaq.

Fərid