Azərbaycan 2022-ci ildə 75,864 min ton qarğıdalı idxal edib.

Foodinfo.az xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın qarğıdalı idxalı 2,5 dəfə artıb.

12 ayda Azərbaycanın idxal etdiyi qarğıdalının dəyəri 24,155 milyon dollar olub. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qarğıdalı idxalı ümumi idxalın 0,17 %-ni təşkil edib.