Azərbaycan 2022-ci ildə 643,725 min ton tərəvəz və meyvə ixrac edib.

Foodinfo.az xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın tərəvəz və meyvə ixracı 0,3 % çoxdur.

12 ayda Azərbaycanın ixrac etdiyi tərəvəz və meyvənin dəyəri 667,576 milyon dollar olub. Bu isə illik müqayisədə 5,9% çoxdur.

Hesabat dövründə Azərbaycanın tərəvəz və meyvə ixracı ümumi ixracın 1,75%-ni, qeyri-neft sektoru ixracının isə 21,9 %-ni təşkil edib.

Şəbnəm