Pompeydə qazıntı aparan arxeoloqlar pizzanın tarixi ilə bağlı maraqlı bir kəşf ediblər.

Foodinfo.az xəbər verir ki, tapılan freskaların birinin üzərində pizzanın qədim "əcdad"ı ola biləcək yeməyin təsviri görünüb. Sözügedən kəşf bu yeməyin növlərinin antik dövrdə mövcud olması ehtimalını təsdiqləyir.

Qədim şəhər olan Pompey eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində kül və lava ilə örtülüb. Bu dəhşətli təbii fəlakət bir çox artefakt və freskaları qoruyub saxlamağa imkan verərək bizə o dövrün həyatı haqqında unikal məlumatlar ötürüb. 

Belə ki, arxeoloqlar freska üzərində müxtəlif içlikləri olan yumru lavaşın təsvirini aşkar ediblər. Yanında bir qədəh şərab, nar və xurma görünür. Həmçinin, lavaşların yanında pesto sousuna bənzəyən nə isə seçmək olur.

Müasir pizza adətən yalnız Amerikanın kəşfindən sonra Avropada peyda olan pomidor və mozzarella ilə əlaqələndirilsə də, "pizza" sözü hələ eramızın 997-ci ilində latın dilindəki yazılarda yer alıb.

Yeni kəşf isə pizzanın o dövrdən də çox əvvəl mövcud olması ehtimalını təsdiqləyir.

Nərmin

 

Bizi sosial şəbəkələrdə izləyin:

https://www.instagram.com/foodinfoaz/

https://www.facebook.com/foodinfo.az/

https://www.tiktok.com/@foodinfo.az