Yeni Zelandiyada Otaqo Universitetinin mütəxəssisləri meyvə və tərəvəzlərin psixi sağlamlıq üçün ən faydalı məhsullar olduğunu söyləyiblər. Bu sahədə araşdırma aparan Tamlin Konnerin verdiyi məlumata görə, təzə meyvə və tərəvəzlərin istifadəsi termiki emala və ya konservasiyaya məruz qalanlarla müqayisədə psixi sağlamlığın yaxşılaşmasına daha faydalı təsir göstərir. Bunun qida maddələrinin emalının onun tərkibində olan vitaminləri parçalanması ilə əlaqədar olduğu güman edilir. Konnerin dediyinə görə, tədqiqatçılar Yeni Zelandiya və Birləşdirilmiş Ştatlardan yaşı 18-dən yuxarı 400 könüllü üzərində təcrübə aparıblar. Alimlər təzə və emal edilmiş meyvə və tərəvəzlərin istifadə edilməsini, təcrübədə iştirak edənlərin həyat tərzi, psixi sağlamlığı vəziyyəti, yuxu rejimini və digər amilləri nəzərə alaraq dəyərləndiriblər. Mütəxəssislər psixika üçün ən faydalı on məhsul müəyyənləşdiriblər. Həmin məhsullar sırasına kök, xiyar, alma, banan, ispanaq, kivi, həmçinin sitrus meyvələri və təzə giləmeyvələr daxil edilib. (AZƏRTAC)