
Düyünün müxtəlif növləri fərqli faydalar və xüsusiyyətlərə malikdir. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Pavel Smirnov “EatRight.ru” portalına açıqlama verib. O qeyd edir ki, qara düyü antioksidantlarla zəngindir və xərçəngə qarşı qoruyucu təsir göstərə bilər.
Bu növ həm də daha çox lif ehtiva etdiyindən həzmi yaxşılaşdırır. Qırmızı düyü isə qan şəkərinin tənzimlənməsində daha faydalı hesab olunur. Onun tərkibində dəmir, sink və maqnezium kimi minerallar daha çoxdur. Smirnov deyir ki, bu növlər ağ düyüdən fərqli olaraq daha yavaş həzm olunur və toxluq hissi uzanır.
Onların glisemik indeksi də nisbətən aşağıdır, bu da şəkər xəstələri üçün müsbət haldır. Ancaq hər iki növün hazırlanma müddəti uzun olduğundan düzgün bişirilməlidir. Yaxşı nəticə üçün əvvəlcədən isladılması və buxarda bişirilməsi tövsiyə edilir. Ekspert qeyd edir ki, müxtəlif düyü növlərini növbəli şəkildə rasiona daxil etmək orqanizm üçün daha balanslıdır. Xüsusilə pəhriz saxlayanlar üçün qara və qırmızı düyü yaxşı alternativ sayılır.