Qazaxıstan hökuməti ölkədən buğda və un ixracına məhdudiyyəti aradan qaldırıb.
Foodinfo.az xəbər verir ki, yeni qaydalar 10 gün əvvəl qüvvəyə minib. Xatırladaq ki, Qazaxıstandan buğda və un ixracı ilə bağlı məhdudiyyət bu ilin aprelində tətbiq edilmişdi. Həmin vaxt Rusiyanın Ukraynaya hücumu nəticəsində dünyanın taxıl bazarında qıtlıq təhlükəsi yaranmışdı və bütün ölkələr bu riskdən qorunmaq üçün qadağalar tətbiq edirdilər.
Apreldə tətbiq edilən qadağa əvvəl iyunun 15-dən qüvvədə idi, sonradan sentyabrın 30-dək uzadıldı.
İndi isə Qazaxıstan kənd təsərrüfatı nazirliyi bildirib ki, bu il ölkədə taxılın məhsuldarlığı yüksəkdir, təqribən 13 milyon ton məhsul yığılacaq, bu da ötənilki həcmdən 12% artıqdır. Daxili tələbat üçün isə cəmi 6,5 milyon ton taxıl tələb olunur.
Əvəzində hökumət xırda və iribuynuzlu mal-qaranın ixracına limit qoyub. Belə ki, hazırda Qazaxıstanda 9,4 milyon baş mal-qara və təqribən 1,2 milyon baş qoyun var. Yenilimitə görə, ölkədən il ərzində 60 min baş dana (dana sayının 9%-i) və 120 min baş qoyun (ümumi sayın 10%-i) çıxarmaq olar.
Son xəbərlər
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN
- Fol turşusu hansı qidalarda daha çoxdur?