Qəbələdə qızılgül istehsalına başlanılacaq. Bu məqsədlə rayonda 3 hektar ərazidə yüksək texnologiyalı istixananın inşasına start verilib. Layihə Avropada istixana tikintisi ilə məşğul olan məşhur Hollandiya şirkəti ilə birgə həyata keçirilir. Bütün tikinti materialları və avadanlıqlar Hollandiyadan gətiriləcək. 2018-ci ilin yay aylarında istifadəyə veriləcək istixanada 50 nəfər işlə təmin olunacaq. Burada 3 növ qızılgül yetişdiriləcək. Artıq Hollandiyadan əkin üçün 225 000 qızılgül tingi sifariş verilib. İstixanada hər m2 üçün 210-220 ədəd məhsul yığımı nəzərdə tutulur. (Marja.az) https://www.youtube.com/watch?v=asSB8yXWDAk