Terapevt Andrey Kondrakin gündə bir fincan qəhvənin orqanizm üçün tamamilə təhlükəsiz olduğunu deyib.
Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, 1 fincan qəhvənin tərkibində təxminən 50 q kofein var, gündəlik norma isə 150 q-dır. Lakin bu normanı aşsanız, mənfi nəticələrlə qarşılaşa bilərsiniz.
Həddindən artıq dozanın əsas əlaməti insanın qəhvəsiz oyanmaması və ona daimi ehtiyac hiss etməsidir. Həkim vurğulayıb ki, kofein orqanizmin daha aktiv işləməsini təmin edən stimullaşdırıcıdır. Ancaq zaman keçdikcə bədən müəyyən bir kofein dozasına alışır. İstədiyi effekti əldə etmək üçün insan içdiyi miqdarı daim artırmağa başlayır ki, bu da sağlamlıq üçün təhlükəlidir.