Endokrinoloq Daria Pronina RT-yə müsahibəsində deyib ki, kərə yağı normada istehlak edildikdə dərinin, dırnaqların, görmə qabiliyyətinin sağlam olmasına kömək edir və immunitet sistemini dəstəkləyir.

Foodinfo.az bildirir ki, həkim qeyd edib ki, kərə yağı qiymətli vitamin və qida mənbəyidir. Tərkibində beyin funksiyasını və maddələr mübadiləsini saxlamaq üçün lazım olan yağda həll olunan A, D, E vitaminləri və hormonların sintezi üçün lazım olan xolesterin var. Kərə yağı normada istehlak edildikdə dərinin, dırnaqların, görmə qabiliyyətinin sağlam olmasına kömək edir və immunitet sistemini dəstəkləyir.

Onun sözlərinə görə, bu məhsula olan gündəlik tələbat insanın fiziki fəaliyyətindən, yaşından və sağlamlıq vəziyyətindən asılıdır.