
Sağlam qidalanma yalnız arıqlamaq üçün deyil, həm də ciddi xəstəliklərin qarşısını almaqda ən güclü vasitələrdən biridir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, hipertoniya və hətta bəzi növ xərçənglər düzgün qidalanma ilə az qala 70% hallarda önlənə bilər. Zərərli yağların və trans yağların azaldılması, damarların elastikliyini qoruyur və xolesterini tarazda saxlayır.
Foodinfo.az xəbər verir ki, tərəvəzlər və meyvələrdəki antioksidantlar hüceyrə zədələnməsinin qarşısını alır və yaşlanma prosesini ləngidir. Tam taxıllar və paxlalı bitkilər qanda şəkərin səviyyəsini yavaş-yavaş yüksəldərək pankreası qoruyur. Eyni zamanda, bu məhsullar liflə zəngin olduğu üçün bağırsaq mikrobiotasını gücləndirir və immuniteti artırır.
Duzun həddindən artıq istifadəsi yüksək təzyiqə və böyrək zədələnməsinə gətirib çıxara bilər. Su isə bədənin təmizlənməsində və orqanların funksiyalarının sabitliyində əvəzsiz rola malikdir. Sağlam qidalanma stresin idarəsində də mühüm rol oynayır, çünki bəzi qidalar beyində serotonin səviyyəsini artırır. Həddindən artıq şəkər və hazır məhsullardan uzaq durmaq həm fiziki, həm də zehni performansı artırır. Nəticə olaraq, düzgün seçilmiş qida gündəlik dərmanların yerini ala bilər və xəstəlikləri öncədən bloklaya bilər.