Sarısında qırmızı ləkə olan yumurtalar ümumiyyətlə yemək üçün təhlükəsizdir. Foodinfo.az xəbər verir ki, bu qırmızı ləkələr yumurta hüceyrəsinin inkişafı zamanı kiçik qan damarlarının partlaması nəticəsində meydana gəlir və hər hansı bir sağlamlıq riski yaratmır.
Bu, təbii bir haldır və yumurtanın keyfiyyətinə və ya təravətinə mənfi təsir göstərmir.
Əgər yumurtanın digər hissələri normal görünürsə və xoşagəlməz qoxu gəlmirsə, həmin yumurtanı yemək təhlükəsizdir.
Qırmızı ləkələr istəmirsinizsə, yumurtanın sarısından ləkəni çıxararaq qalan hissəsini istifadə edə bilərsiniz.