Diyetoloq Mariyat Muxina bildirib ki, rəngindən asılı olaraq üzümün tərkibində iltihab əleyhinə təsir göstərən müxtəlif polifenollar və hüceyrələrin bərpasına və qocalma prosesini ləngitməsinə kömək edən antioksidantlar var.

Foodinfo.az xəbər verir ki, Muxinanın sözlərinə görə, üzüm müxtəlif xəstəliklərin qarşısının alınması üçün faydalıdır. Belə ki, bənövşəyi üzümün tərkibində ağır metalları və toksinləri bədəndən çıxaran xərçəng əleyhinə polifenollar var. Qırmızı və çəhrayı üzümlər ürək-damar və virus xəstəlikləri üçün faydalı olan antioksidant quercetin ilə zəngindir.

Dietoloq əlavə edib ki, yaşıl üzüm həm ürək, həm də sinir sistemini dəstəkləyən maqnezium mənbəyidir.