Yüksək emal olunmuş qidalar ürək xəstəlikləri, şəkərli diabet, piylənmə, mədə-bağırsaq xəstəlikləri və depressiyaya səbəb olur. Foodinfo.az xəbər verir ki, bu barədə Harvard Xalq Sağlamlığı Məktəbinin elm adamları bildirib.
Alimlər bu nəticələri son 30 ildə 110 mindən çox yetkin amerikalının sağlamlığını təhlil etdikdən sonra əldə ediblər. Kolbasa yeyənlər arasında vaxtından əvvəl ölüm riski 4% yüksək olub.