Soğan doğrayarkən gözlərin sulanması, yaşarması bəzi insanlar üçün təhlükəlidir.

Bu tərəvəz özünü belə qoruyur.

Əgər soğanı dişləsəniz və ya götürsəniz, o, lakrimatorlar adlanan maddə buraxır.

Foodinfo.az-ın məlumatına görə, “Medicina” xəbər verir ki, onlar göz almalarını qoruyan maye ilə təmasda olduqda, sulfat turşusuna çevrilir və dərhal gözyaşlarına səbəb olurlar. Lakrimators digər xoşagəlməz simptomlara da səbəb ola bilər.

Lakrimatorlar insana aman vermədən hərəkət edirlər. Elə insanlar var ki, soğan soyarkən gözlərdə ağrı hiss edir.

Oftalmoloq İrina Kontayevanın sözlərinə görə, bir şəxs kontakt linzaları taxırsa və ya quru göz sindromundan əziyyət çəkirsə, bu maddə ilə uzun müddət təmasda olmaq konyunktvit və kornea eroziyasına səbəb ola bilər.

Soğanı soyanlar üçün soğanın özündəki lakrimatorun miqdarını azaltmağın üsullarından biri soğanı kəsməzdən əvvəl 30 dəqiqə buzlu suya qoymaqdır.