Bu gün səhər saatlarında taxılyüklü daha dörd gəmi Ukrayna limanlarını tərk edib.
Foodinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, bu gün, həmçinin 5 gəmi kənd təsərrüfatı məhsullarını daşımaq üçün Ukraynaya gedib. Gəmilər Birgə Koordinasiya Mərkəzinin yoxlanışından sonra Ukraynaya yola düşüb.