Bəzi məhsullar tərin xoşagəlməz qoxusunu xeyli artıra bilər. Pəhrizinizdə kükürdlə zəngin qidalar çoxdursa, bu, xoşagəlməz bədən qoxusuna səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, kükürd çürük yumurta kimi iyi gəlir və tərlə ayrıldıqda xoşagəlməz qoxu yaradır.
Kükürdlə zəngin qidalara misal olaraq soğan, sarımsaq, kələm, brokoli, gül kələm və qırmızı əti göstərmək olar. Həkimlər vurğulayırlar ki, qida birbaşa qoxuya səbəb olmur, bədənin qoxusuna təsir edir. Bəzi qidalar daha çox tərləməyinizə səbəb olur ki, bu da qoxunu artırır. Tərləməni azaltmaq üçün hər gün antibakterial sabunla duş qəbul edərək dərinizi təmiz saxlayın.