Təzə sıxılmış şirələrin tərkibində çoxlu miqdarda qlükoza və fruktoza var ki, bu da orqanizmə mənfi təsir göstərir, həm onların tərkibində faydalı lif də yoxdur.

Lif qlükoza və fruktozanın qana udulmasını azaltmağa kömək edir. Bundan əlavə, bağırsaqların işinə müsbət təsir göstərir.

Bir stəkan şirənin tərkibində çoxlu asanlıqla həzm olunan sadə karbohidratlar var. Bu səbəbdən bədəndə karbohidrat mübadiləsi və qaraciyər metabolizmi ilə bağlı problemlər yarana bilər.

Həkimin sözlərinə görə, eyni miqdarda kola və portağal suyunun tərkibində demək olar ki, eyni miqdarda şəkər var.

Təzə şirələrin müntəzəm istifadəsi alkoqolsuz qaraciyər xəstəliyinin inkişafına səbəb ola bilər. Bundan əlavə, şirə metabolik sindrom, diabet, ürək-damar problemlərinə səbəb ola bilər.