“Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir”. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik məlumat verib. “Danışıqlar davam edir. Təbii ki, gübrələr məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir” – deyə nümayəndə bildirib. O, müzakirələrin əsas detallarını açıqlamaqdan imtina edib. Cüjarrik əlavə edib ki, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir.