Rusiyalı qastroenteroloq Daria Utyumova uşaqlar üçün sağlam qidalanmanın komponentləri haqqında danışıb.
Foodinfo.az xəbər verir ki, terapevt İzvestiya qəzetinə verdiyi müsahibədə bildirib ki, qida maddələrinin düzgün balansını qorumaq üçün dörd hissəyə bölünmüş 22-23 sm diametrli bir boşqab lazımdır. Burada yarısı tərəvəzlər, göyərti, meyvələr, dörddə biri zülallar (həm bitki, həm də heyvan), qalanı isə karbohidratlar olmalıdır.
Həkim əlavə edib ki, səhər yeməyi oyandıqdan sonra 1-1,5 saat ərzində, son yemək isə yatmadan üç-dörd saatdan gec olmayaraq olmalıdır.