Çox yemədən yeməyinizdən maksimum fayda əldə etmək mümkündürmü?

Yavaş-yavaş, ən azı 20 dəqiqə, yeməyi yaxşıca çeynəyərək yeyin. Yeməkdən sonra 15 dəqiqəyə qədər beyniniz tox olduğunuzu bildirmir, ona görə də buna imkan yaradın.

Paxlalı bitkilərə üstünlük verin. Nisbətən aşağı kalorili bu bitkilər çox qidalıdır, protein ehtiva edərək doyurur.

Yeməklər arasında nanə dəmləməsi, yaşıl çay için. Nəzərə alın ki, qanda qlükoza səviyyəsini artırmaq üçün içkilər şirin olmalıdır.

Mümkünsə, yeməklərinizə dad qatmaq üçün sirkə və darçın istifadə edin. Bu iki inqrediyent daha uzun müddət toxluq hissini saxlamağa və yeməkdən sonra qan şəkərini tənzimləməyə kömək edir.

Tərəvəzlər qidanıza çoxlu kalori əlavə etmədən tez toxluq hissi yaranmasına kömək edəcək. Bundan əlavə, onların tərkibində çoxlu miqdarda vitamin və su var.

Gündə ən azı iki litr su içmək lazımdır.

Leyla