
Ramazan süfrələrində ən çox seçilən qidalardan biri olan xurma lif, kalium, kalsium, maqnezium, dəmir və vitamin baxımından çox zəngin qida qaynağıdır.
İmmunitet sistemini gücləndirən və həzm sağlamlığını dəstəkləyən bu meyvənin faydalı olması üçün gigiyenik şəraitdə saxlanması lazımdır. Ancaq açıq şəkildə satılan və rütubətli mühitlərdə saxlanılan xurmalarda kiflə əlaqəli bir maddə olan aflatoksin əmələ gələ bilər. Bu zəhərli maddə uzun müddətdə xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, xurma düzgün şəraitdə saxlanmazsa, sağlamlıq üçün böyük risklər yarada bilər.
Xüsusilə açıq yerlərdə və gigiyenik olmayan mühitlərdə satılan xurmanın kif riski daşıdığına diqqət çəkən mütəxəssislər istehlakçıların etibarlı və keyfiyyətli məhsullara üstünlük verməsi lazım olduğunu bildirirlər.
Xurmanın sağlam şəkildə istehlak edilməsi üçün təmiz, quru və sərin mühitdə saxlanması lazım olduğu bildirilir.