Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bəzi meyvələr acqarına yeyildikdə həm daha yaxşı həzm olunur, həm də orqanizmə maksimum fayda verir. 

Foodinfo.az xəbər verir ki, günə sağlam başlamaq və bədəni enerji ilə təmin etmək üçün səhər yeməyindən əvvəl bu 5 meyvəyə üstünlük verilməsi tövsiyə olunur:

Alma

Acqarına yeyildikdə mədə-bağırsaq fəaliyyətini tənzimləyir, orqanizmi təmizləyir və gün boyu toxluq hissi yaradır.

Kivi

Güclü C vitamini mənbəyi olaraq immuniteti gücləndirir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.

Papaya

Mədə turşusunu azaldır, həzmi yaxşılaşdırır və mədə problemlərinə qarşı qoruyucu təsir göstərir.

Qarpız

Səhərlər bədəni maye ilə təmin edir, böyrəkləri təmizləyir və şişkinliyi azaldır.

Üzüm

Enerji verir, qanın təmizlənməsinə kömək edir və antioksidant təsiri ilə orqanizmi toksinlərdən qoruyur.

Mütəxəssislər qeyd edir ki, bu meyvələri acqarına qəbul etmək faydalı olsa da, mədə xəstəlikləri olan şəxslər həkimlə məsləhətləşmədən bu meyvələri gündəlik rasiona daxil etməməlidirlər.